Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı 4 medalla tamamlayıb.
Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. +100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.
Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (-66 kq) qızıl, Vüsal Qələndərzadə (-81 kq) gümüş, Ömər Rəcəbli (-81 kq) isə bürünc medala yiyələnmişdi.
Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.
- Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək
- Cüdo üzrə Liqa yarışının I turu keçiriləcək
- Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
- Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək
- Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”