Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
16.06.2025 - 20:57
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün mübarizəyə Azərbaycan millisinin 1 idmançısı qoşulub.

Dünya çempionatı
Kişilər

81 kq

İlk mərhələdən azad olan Zelim Tçkayev 1/16 finalda Jianqnan Vanqı (Çin), ardınca Luan Almeydanı (Braziliya) məğlub edib. Cüdoçumuz 1/4 finalda Yun-Xvan Lini (Cənubi Koreya) də məğlub edib. Onun yarımfinalda rəqibi Tato Qriqalaşvili (Gürcüstan) olub. Məğlub olan Zelim bürünc uğrunda Nuqzari Tatalaşvili (BƏƏ) ilə qarşılaşıb. Cüdoçumuz qızıl xal hesabına qələbə qazanaraq, ölkəmizə dünya çempionatında ilk medalı qazandırıb.