Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Paşayev qızıl medal qazanıb. Cüdoçumuz finala gedən yolda ardıcıl olaraq İsrail təmsilçisi Eran Fiksə, serbiyalı Matiya Yeremiçə, eləcə də ispaniyalı Adrian Nieto Çinarro və David Qarsiya Torneyə qalib gəlib.
Ruslan Paşayev həlledici görüşdə braziliyalı Ronald Limanı qızıl xal bölümündə tsubame-qaeşi fəndi ilə məğlub edərək çempion olub.
Qeyd edək ki, Azərbaycan millisi Linzdə keçirilən turnirdə 7 cüdoçu ilə təmsil olunur.
- Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək
- Cüdo üzrə Liqa yarışının I turu keçiriləcək
- Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
- Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək
- Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”