Bakıda keçirilən dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün mübarizəyə Azərbaycan cüdoçusu Camal Qamzatxanov tatami üzərinə çıxıb.
o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
İdmançımız 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşıb. Rəqibinə qalib gələn təmsilçimiz adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.