Cüdoçumuz Zaqreb Qran-Prisində bürünc medal qazanıb
14.11.2025 - 20:43
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
60 kq çəki dərəcəsində Hüseyn Allahyarov üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gələrək bürünc medal qazanıb.
Bu, 22 yaşlı cüdoçumuzun Dünya Cüdo Turunda ilk mükafatı olub.
Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.
- Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
- Cüdo üzrə Liqa yarışının III turu start götürüb
- Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar - VİDEO
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürüb
- Cüdo: Liqa yarışının II turu start götürüb
0
0