Daha bir idmançımız dünya çempionatında tatamiyə çıxacaq
21.05.2024 - 09:46
Bu gün daha bir cüdoçumuz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, Zelim Tçkayev 81 kq çəki dərəcəsində mübarizəyə başlayacaq.
25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov 73 kq çəki dərəcəsində dünya çempionu olub.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0