DÇ: Cüdoçumuz bürünc medal qazanıb - FOTO
06.10.2025 - 09:28
Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0