Azərbaycan cüdoçusu Rza Xəlilli üçün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qazandığı medal çox dəyərlidir.
Apasport.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu EYOF-da qızıl medal qazanan Rza Xəlilli deyib.
50 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alan idmançı bu medalın onun üçün çox dəyərli olduğunu deyib:
"Finala qədər böyük qüvvə sərf etdim. Lakin beynəlxalq yarışlarda qazandığım təcrübə öz sözünü dedi. Festivalda qızıl medal qazanmaq heç də asan deyil. Burada qitənin ən yaxşı cüdoçuları iştirak edirlər. Çox xoşbəxtəm ki, finala qədər irəliləyib, qızıl medal qazandım. Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir. Fürsətdən istifadə edib, əldə etdiyim nailiyyətlərdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm",
Qeyd edək ki, Rza Xəlilli finalda ispaniyalı Alexandra Çiarroniyə qalib gəlib.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər