Qvadalaxara Qran-prisində qızıl medal qazanan Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov yenidən zirvəyə qayıdacağına əmindir.
Apasport.az xəbər verir ki, idmançı çıxışını belə dəyərləndirib:
"Özümü əla hiss edirəm. Elə bil hər şeyi sıfırdan başladım və bundan sonra davamı gələcək. Bu, idman formasını itirdiyim ilk dəfə deyil. Uğurdan sonra bəzən uğursuzluğa düçar oluram, amma sonra yenidən zirvəyə qayıdıram. Hətta dünya çempionatında uduzanda da bilirdim ki, yenə zirvəyə qayıdacağam. Peşəkar idmanda enişlər və yüksəlişlər olur - sən ya zirvədəsən, ya da enişdəsən. Sözün açığı, mən eniş dövrünə görə çox da narahat olmuram. Mən olimpiya, dünya və Avropa çempionuyam və yenidən qayıdacağıma əminəm. Bütün bu tənqidlər isə məni sadəcə motivasiya edir – mən bunu sevirəm".
Qeyd edək ki, təmsilçimiz Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini qızıl medalla başa vurub.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər