III MDB Oyunları: İki cüdoçumuz bürünc medal qazanıb
04.10.2025 - 13:03
III MDB Oyunları: İki cüdoçumuz bürünc medal qazanıb

III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.
 
Apasport.az xəbər verir ki, azərbaycanlı idmançı Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.
 
Bundan başqa, Fidan Cəlilli (70 kq) də turnirin bürünc medalına sahib çıxıb.
 
Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər dairəvi sistemlə keçirilib.