Ölkəmizi III MDB Oyunlarında təmsil edəcək cüdoçular açıqlanıb
26.09.2025 - 15:01
Ölkəmizi III MDB Oyunlarında təmsil edəcək cüdoçular açıqlanıb

4–5 oktyabrda Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Apasport.az xəbər verir ki, turnirdə Azərbaycanı 16 çəki dərəcəsində 28 cüdoçu (16 oğlan, 12 qız) təmsil edəcək.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov, İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışlarında ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan 91 idmançı (50 oğlan, 41 qız) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Qızlar

-40 kq

Sunay Salamova

-44 kq

Gülşən Hüseynova

Xədicə Abdullayeva

-48 kq

Leyla Ələkbərova

Nərmin Ağamirzəzadə

-52 kq

Aysun Məmmədova

-57 kq

Nəzakət Vəliyeva

Gülnaz Məmmədtağıyeva

-63 kq

Ayan Əliyeva

-70 kq

Fidan Cəlilli

Məsumə Məmmədli

+70 kq

Zemfira Əliyeva

Oğlanlar

-50 kq

Devid Mahmudov

Anar Quliyev

-55 kq

İbrahim Talıbov

Məhəmmədəli Hüsiyev

-60 kq

Zeyd Ələsgərov

Röyal Qayıbov

-66 kq

Hüseyn Hüseynov

Fəxri Sahibzadə

-73 kq

Sadiq Məmmədov

Yusif Nəzər

-81 kq

Məhəmməd Ağakişiyev

Abdulla Rəhmətov

-90 kq

Nurəddin Əliyev

Səid Hüseynov

+90 kq

Tunar Fərzəliyev

Sübhan Axundov