İslam Oyunları: İdmançımız qazaxıstanlı rəqibinə uduzdu
09.11.2025 - 13:35
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində döyüşən Elcan Hacıyev döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/4 final mərhələsində Qazaxıstan idmançısı Aydar Arapovla qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə məğlub olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0