Millimiz beynəlxalq turnirdə ÇEMPİON OLUB
22.03.2026 - 12:54
Millimiz beynəlxalq turnirdə ÇEMPİON OLUB

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turniri start götürüb.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə U-18 yaş kateqoriyasında qaliblər və mükafatçılar müəyyənləşib.

Yeniyetmə oğlanlardan ibarət yığmamız möhtəşəm çıxışı ilə yadda qalıb.

Rza Xəlilli (-50 kq), Məhəmmədəli Hüsiyev (-60 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) qızıl medal qazanıb. Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Polad Həsənli (-81 kq) gümüş mükafata layiq görülüb. Nihad Ağayev (-50 kq), Devid Mahmudov (-55 kq), Mikayıl Qocayev (-60 kq), Elgün Səfərov (-66 kq), Sadiq Məmmədov (-73 kq), Yaqub Məmmədov (-81 kq), Nurəddin Əliyev (-90 kq) və Tamerlan Əliyev (+90 kq) isə bürünc medal əldə edib.

Yekunda 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, sabah turnirdə U-21 yaş kateqoriyasında görüşlər keçiriləcək. Yarışda ümumilikdə 30 ölkədən 839 idmançı iştirak edir.