Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO
08.08.2025 - 09:40
Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO

Kişilərdən ibarət yığma komandamızın Quba təlim-məşq toplanışı davam edir.

Apasport.az xəbər verir ki, cüdoçularımız Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər.

Məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.

Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim düşərgəsi VI İslam Həmrəyliyi Oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Milli komandamız hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçularımız 6–19 sentyabr tarixlərində Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.

Qeyd edək ki, komandamızın son məşqini Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçıları izləyiblər.