Ne-vaza üzrə ACF Kuboku keçiriləcək
15.07.2025 - 15:53
İyulun 19-da U-14 yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 27 klub və idman cəmiyyətindən olan 161 cüdoçu (137 oğlan, 24 qız) ümumilikdə 15 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0