Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
20.08.2026 - 11:41
Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan imtahanda V–XI siniflər üzrə 40 şagird iştirak edib. İmtahan ACF-nin Təhsil şöbəsinin mütəxəssisləri tərəfindən aparılıb.
Qəbul prosesi fiziki və texniki hazırlıq olmaqla iki mərhələdən ibarət olub. Hər iki mərhələdə "məqbul" nəticə göstərən 20 nəfər liseyin cüdo bölməsinə qəbul edilib.
Qeyd edək ki, növbəti qəbul imtahanı avqustun 27-də keçiriləcək.
- Paracüdoçularımız Almaniyada Avropa çempionatında
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
- Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
- Təmsilçilərimiz Avropa Kubokunu 7 medalla başa vurublar
0
0