Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanlı cüdoçu Uşanqi Kokauri (+100 kq) 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.
O, bürünc medal uğrunda Temur Raximovla (Tacikistan) güləşib. Təmsilçimiz vazari xalı ilə öndə olsa da, sona 8 saniyə qalmış ipponla fəndinə düşüb. Uşangi dünya çempionatını 5-ci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək