DÇ: Zelim Tçkayev yarımfinalda - YENİLƏNİR
07.10.2026 - 14:50
DÇ: Zelim Tçkayev yarımfinalda - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 finaldan başlayıb.

O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.

Tçkayev bu mərhələdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Zelim Tçkayev yarımfinala gedən yolda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib və qalib gəlməyi bacarıb.