
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində yer alan “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq.
Avstriyada keçirləcək görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək. 2024-cü ilin avqustunda İsveçdə baş tutan görüşdə “qırmızı-ağlar” 7:1 hesablı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
19:00 "Araz-Naxçıvan" – "Sparta Belfast" (Şimali İrlandiya)
Baş hakim: Qonçalo Felipe Santos Duarte (Portuqaliya)