Atıcımız dünya çempionu olub
06.10.2024 - 23:52
Perunun Lima şəhərində keçirilən gənclər arasında atıcılıq üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan atıcısı İmran Qarayev qızıl medal qazanıb.
Oğlanlar arasında 50 metr məsafəyə atəş üzrə keçirilən yarışda atıcımız final mərhələsində 552 xal toplayıb. İmran rumıniyalı və hindistanlı rəqiblərini geridə qoyaraq gənclər üzrə dünya çempionu olub.
Qeyd edək ki, sentyabr 26-da start götürən çempionata sabah yekun vurulacaq.
- “Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb
- Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
- Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
- Təmsilçimizdən bürünc medal
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər
0
0