Futzal üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi təşkil olunub.
Apasport.az xəbər verir ki, mərasim Yüksək Liqanın son turunda “Baku Fire” – “Neftçi” oyunundan sonra təşkil edilib.
Azərbaycan çempionu “Araz-Naxçıvan” qızıl medallar və kubokla mükafatlandılıb. “Baku Fire” və “Neftçi” İK komandaları isə müvafiq olaraq, gümüş və bürünc medallar, həmçini diplomlar təqdim olunub.
54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsinə layiq görülüb.
Qalibləri Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıblar.
Qeyd edək ki, 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmada məlum olacaq.
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə