
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Xızıda keçirilən şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsinə start verilib.
Apasport.az xəbər verir ki, artıq 3 yaş kateqoriyasında qaliblər məlumdur.
Yeniyetmə qızlar və oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri uğurla çıxış ediblər.
42 km məsafəyə yarışda Məryəm Hüseynova və Raul Mahmudov finiş xəttini 1-ci keçərək Azərbaycan çempionu adını qazanıblar. Onların komanda yoldaşı Əli Rzazadə isə 17 yaşadək oğlanlar arasında 60 km məsafəni hamıdan tez qət edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son yarış günündə Elit/U23 yaş kateqoriyasında mübarizə aparan kişi velosipedçilər 104 km məsafəyə yarışda ölkə çempionunun adına aydınlıq gətirəcəklər.
Azərbaycan çempionatı (qrup ötüşməsi)
U15 qızlar / 42 km
1. Məryəm Hüseynova (ROEQİUGVM) – 1.29'48
2. Ceyla Həşimova (Təhsil RİM) – 1.30'01"
3. Nəzrin İsbəndiyarova (ROEQİUGVM) – 1.30'03"
U15 oğlanlar / 42 km
1. Raul Mahmudov (ROEQİUGVM) – 1.12'46"
2. Emil Abbasov – 1.17'14
3. Ərşad Əsədov (ROEQİUGVM) – 1.23'02"
U17 oğlanlar / 60 km
1. Əli Rzazadə (ROEQİUGVM) – 1.53'44"
2. Teymur Cəfərov (ROEQİUGVM) – 1.53'50"
3. Röyal Aslanov (Təhsil RİM) – 1.54'41"
- Stend Atıcılığı üzrə Federasiya Kuboku start götürüb
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
- Stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
- Tennisçilərimiz "Davis Cup"da 3-cü qrupa yüksəliblər