Azərbaycan Kuboku: "Neftçi" ÇEMPİON!
21.05.2026 - 18:48
Azərbaycan Kuboku: "Neftçi" ÇEMPİON!

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

Apasport.az xəbər verir ki, həlledici matçda "Neftçi" İK və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər.

Görüş "ağ-qaralar"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.