Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb - FOTO
03.10.2025 - 15:12
Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb - FOTO

Ölkəmizdə keçirilən III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib.

Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib.

1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Mirnuray finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rusiya şpaqaçısı Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzub.