Azərbaycanlı hakimlər Avropa Kubokuna təyinat alıblar
27.03.2026 - 12:36
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən növbəti təyinat alıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin oyununda ədaləti qoruyacaqlar.
Onlar Bosniya və Herseqovinanın “Izvidac” və Çexiyanın “Karvina” komandaları arasında keçiriləcək görüşü idarə edəcəklər.
Qarşılaşma martın 29-da Lyubuşki şəhərində yerləşən “Lyubuşki” İdman Zalında baş tutacaq.
0
0