28–30 avqust 2025-ci il tarixlərində Bakıda Azərbaycan kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.
Apasport.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq.
Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).
Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq.
Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq.
Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
- “Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb
- Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
- Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
- Təmsilçimizdən bürünc medal
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər