Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib.
Apasport.az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə komanda yarışlarına yekun vurulub.
Bu növdə Türkiyəni təmsil edən Şimal Yılmaz və İsmayıl Kələş qızıl medala layiq görülüblər. Final qarşılaşmasında Türkiyə atıcılarına məğlub olan qazaxıstanlı Valeriya Popelova və Eldar İmankulov gümüş mükafata sahib çıxıblar.
Üçüncü yeri isə Ukraynanı üstələyən Çin atıcıları Li Xue ilə Xie Yu tutublar.
Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.
- Cəfərov Madeyrada mövsümün son yarışını uğurla başa vurdu - FOTO
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO
- Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
- VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
- İslamiada: Azərbaycan üzgüçülük millisinin heyəti bəlli olub