2 sentyabr saat 23:00-dan etibarən Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.
Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.
- “Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb
- Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
- Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
- Təmsilçimizdən bürünc medal
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər