ÇL: “Araz-Naxçıvan” Avstriya klubunu məğlub edib
30.08.2025 - 23:31
Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxıb.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Avstriyanın "Ljuti Krajişniçi" klubu ilə qarşılaşıb.
Linz şəhərinin NMS İdman Sarayında keçiriləcək matç çempionumuzun tam üstünlüyü ilə keçib. "Araz-Naxçıvan" rəqibini 12:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu Azərbaycan çempionu F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubuna 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"ə isə 7:2 hesabı ilə qalib gəlib.
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə
0
0