ÇL: “Araz-Naxçıvan” Portuqaliya klubuna məğlub olub
24.11.2025 - 22:34
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, ilk iki raundu uğurla adlayan Azərbaycan çempionu ilk dəfə təşkil olunan bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən görüş rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə
0
0