ÇL: “Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb
06.08.2025 - 13:05
ÇL: “Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan”ın yer aldığı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Apasport.az xəbər verir ki, UEFA 4 referiyə təyinat göndərib.

Orest Dutsyak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.