Daha bir parabadmintonçumuz AÇ-nin YARIMFİNALINDA
03.10.2025 - 18:15
Daha bir parabadmintonçumuz AÇ-nin YARIMFİNALINDA

Türkiyənin İstanbul şəhərində keçirilən Parabadminton üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, paralimpiyaçımız İbrahim Əliyev kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə korta çıxıb.

Onlar qrup mərhələsində ingiltərəli rəqiblərinə 2:0 hesabı ilə (Antony Forster, Jack Isaacs) qalib gələrək ilk qələbəsini qazanıb, ikinci görüşdə isə fransalı duetə (Meril Loquette, Lucas Mazur) 0:2 məğlub olub.

1/4 finalda qrupdakı fransalı rəqiblərindən məğlubiyyətin əvəzini çıxaraq 2:1 qalib gələn İ.Əliyev və B.Mroz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Beləliklə, onlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.