Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turu çərçivəsində Azərbaycan yığması Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:
"Bizə dəstək olan xalqımıza təşəkkür edirəm. Azarkeşlər sona qədər bizi dəstəklədilər. Bunun nəticəsində qələbə qazandıq. Çətin oyun idi. Səbrlə çalışdıq ki, rəqibin müdafiəsində boşluq tapaq. Sona yaxın qollar vura bildik. Komandami təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik".
- Qrup mərhələsində ən çətin oyun hansı idi?
- Oyunlar getdikcə çətinləşir. Rəqiblər də bizi təhlil edir. Heç bir komanda açıq futbol oynamır. Hamısı oyunu müdafiədən qurur. Buna görə çox güc itiririk, ikiqat çətin olur.
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə