Gənclər və idman naziri Fərid Qayıbov bu gün Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksudov və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Apasport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Qırğızıstan mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Acımalıyev, Beynəlxalq əlaqələr və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Nusubalı Jakıpbəyov, mətbuat xidmətinin rəhbəri Aynura Abdulkalyevna da iştirak ediblər.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi