Gəncə İdman Sarayında III MDB Oyunlarına hazırlıq və test xarakteri daşıyan güllə atıcılığı üzrə turnirin ilk yarış günü başa çatıb.
Apasport.az xəbər verir ki, çempionat Gənclər və İdman Nazirliyi, III MDB Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin ilk günündə kişilər və qadınlar arasında 10 metr məsafədən pnevmatik tapança və pnevmatik tüfənglə atəş açma üzrə 4 dəst medal uğrunda mübarizə aparılıb. Ümumilikdə turnirdə 83 idmançı yarışıb.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
III MDB Oyunları çərçivəsində güllə atıcılığı yarışları Gəncə İdman Sarayında təşkil olunacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi