İlia Topuria: "O, bu döyüşə layiq deyil"
23.10.2025 - 14:12
İlia Topuria: "O, bu döyüşə layiq deyil"

"Peddi Pimblett mənimlə oktaqonda heç 3 dəqiqə dayana bilməyəcək".

Apasport.az xəbər verir ki, bunu UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan peşəkar, gürcü döyüşçü İlia Topuria rəqibi Peddi Pimblett barəsində deyib: 

"Əslində o, heç bu döyüşə layiq deyil, sadəcə fanatlarımın xətrinə bunu edəcəm. Onu pol əskisinə çevirəcəm. Qoy uzun-uzun danışsın, mənə elə bu lazımdır. Mənim danışmağa ehtiyacım yoxdur, pis oğlan rolunu ona vermişəm. Təki şou olsun, çünki aramızda həqiqi nifrət var".

Qeyd edək ki, qarşılaşmanın 2026-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılıb.