Millimiz Belarus yığması ilə qarşılaşacaq
23.04.2026 - 17:01
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Apasport.az xəbər verir ki, yığma hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
0
0