Sabah Bakıda startı veriləcək Airbadminton üzrə Avropa çempionatında rəqiblərimiz müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.
Millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə "B" qrupunda yer alıb. Komandamız ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.
"A" qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, "C" qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.
Qarşılaşmalar Avropa Oyunları Parkında keçiriləcək. Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi