İyulun 13-də Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.
Apasport.az xəbər verir ki, İçərişəhərdə təşkil olunan yarışda 21 dövlət qurumundan 48 əməkdaş (40 kişi və 8 qadın) iştirak edib.
Yekun nəticələrə görə, qadınlar arasında Samirə Cəfərova, Sevda Əzizova (hər ikisi SOCAR) və Valeriya Konkina (Mədəniyyət Nazirliyi) fərqləniblər.
Kişilər arasında Emin Mustafayev (Mədəniyyət Nazirliyi) birinci olub. Polad Həsənov (Fövqəladə Hallar Nazirliyi) yarışı ikinci, Orxan İsmayılov (Dövlət Statistika Komitəsi) isə üçüncü pillədə başa vurublar.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi