Ölkə kubokunun mükafatçıları müəyyənləşib - FOTO
08.07.2025 - 10:33
Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə kuboku keçirilib.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda ümumilikdə 317 idmançı iştirak edib.
Üç gün davam edən yarışda samboçuların 132-si yeniyetmə, 90-ı gənc, 95-i isə böyüklər kateqoriyasında mübarizə aparıblar.
Qeyd edək ki, ümumilikdə, 22 dəst medal öz sahibini tapıb.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0