Parabadmintonçumuz Avropa çempionatının finalında: TARİXDƏ İLK DƏFƏ - FOTO
04.10.2025 - 11:01
Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 14 yaşlı idmançı Azərbaycan badmintonu tarixində ilk dəfə qitə çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.
SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə tandem təşkil edən Z.Salmanlı yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis qoşasına 2:0 (21-18,21-10) hesabı ilə qalib gələrək turnirdə həlledici qarşılaşmaya vəsiqə qazanıb
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə
0
0