Pereyra revanş aldı - UFC KƏMƏRİNİ GERİ QAYTARDI
05.10.2025 - 10:36
Las-Veqasda keçirilən UFC 320 turnirində gecənin əsas döyüşü yarım-ağır çəki dərəcəsində çempion Maqomed Ankalayev və braziliyalı Aleks Pereyra arasında baş tutub.
Apasport.az xəbər verir ki, qarşılaşma artıq birinci raundun ilk dəqiqəsində başa çatıb.
Pereyra rəqibini nokauta salaraq UFC çempionluq kəmərini geri qaytarıb.
Qeyd edək ki, bu ilin martında Ankalayev Pereyranı məğlub edərək titul qazanmışdı. Lakin oktyabr döyüşündə braziliyalı revanş alaraq yenidən divizionun ən güclüsü adını bərpa edib.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0