PSJ Mbappeyə əvəzedici tapdı
10.05.2024 - 16:12
PSJ-nin ulduz forvardı Kilian Mbappe tezliklə "Real Madrid" formasını geyinəcək.
Apasport.az ""Le Parisien" nəşrinə istinadla xəbər verir ki, Fransa klubu hücum xəttində ulduz fransızı əvəz edəcək futbolçu tapmaq üzərində işləyir.
Mənbənin məlumatına görə, PSJ-nin prioritet namizədi "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyadır.
Liqa 1 nəhənginin gürcü futbolçu ilə bağlı danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir.
Bildirilir ki, "Napoli" 23 yaşlı Xviçanı 80 milyon avro qarşılığında sərbəst buraxmağa razı olacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0