Azərbaycanlı sablyaçı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib.
Anna Avropa çempionatı, Dünya kuboku və Qran-prilərdəki çıxışına görə, bu hüquqa sahib olub. Başta bu barədə sosial şəbəkədə paylaşım edib: “Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən Olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu əla xəbər oldu. Bu qərara görə, FIE dərin təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya kuboku və Qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Olimpiadasına 27-ci lisenziyanı qazanıb.
- “Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb
- Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
- Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
- Təmsilçimizdən bürünc medal
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər