"Yarış möhtəşəm idi, təəssüratım isə bir o qədər də yox".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Olimpiya yığmasının triatlonçusu Rostislav Pevtsov deyib.
Bu gün Olimpiya Oyunlarında çıxışını yekunlaşdıran idmançımız çıxışından narazı qalıb: "Burada olmaqdan və çıxış etməkdən şadam, bu idmançılar üçün həmişə üstünlükdür. 3-cü dəfə olimpiadada iştirak etmək əladır. Digər tərəfdən bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam. İkinci dövrədə təkərim deşildi və onu dəyişmək üçün təkərlərin dəyişimi məntəqəsinə çatmaq üçün çox zaman itirdim. Nəticədə bütün qrupları önə buraxdım. Sonuncu qrupda qərarlaşdım və praktiki olaraq yüksək yerlər uğrunda mübarizə şansımı itirdim. Amma görünən odur ki, bu gün mənim üçün yaxşı günlərdən deyildi".
Qeyd edək ki, Pevtsov Olimpiadanın triatlon yarışını 43-cü pillədə başa vurub.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi