Stend Atıcılığı üzrə Federasiya Kuboku start götürüb
17.06.2025 - 21:53
Bu gün Bakı Atıcılıq Mərkəzində Stend Atıcılığı üzrə Federasiya Kuboku 2025 turniri start götürüb.
Apasport.az xəbər verir ki, yarış gənclər (U18 və U21) və böyüklər arasında keçirilir.
Turnirdə ölkəmizlə yanaşı Özbəkistandan 70-dən çox atıcı gücünü sınayır. İdmançılar stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə yalnız fərdi yarış formatında kubok uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış ayın 21-də yekunlaşacaq.
- Cəfərov Madeyrada mövsümün son yarışını uğurla başa vurdu - FOTO
- Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO
- Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
- VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
- İslamiada: Azərbaycan üzgüçülük millisinin heyəti bəlli olub
0
0