Təmsilçilərimizdən iki inamlı qələbə
16.08.2025 - 10:08
Gürcüstanın Zuqdidi şəhərində keçirilən MMA üzrə “Max Fight” liqasında növbəti görüşlər baş tutub.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan döyüşçüləri də iştirak ediblər.
Təmsilçilərimizdən Mürvət Rüstəmov (70 kq) yerli Giorgi Sordjia ilə üz-üzə gəlib. Görüş döyüşçümüzün erkən qələbəsi ilə başa çatıb. Rüstəmov rəqibini ilk raundda nokaut edib.
Fərhad Əhmədov da çıxışını qələbə ilə başa vurub. O, çeçen əsilli gürcü Xamid Azimovla qarşılaşıb və döyüşü tam üstünlüklə xeyrinə bitirib.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0