Təmsilçimiz final mərhələsinə yüksəlib
11.01.2025 - 15:43

Sloveniyanın Ruse şəhərində keçirilən 10 m məsafədən atəşaçma üzrə Qran-pri davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.
Qadınların tapança ilə atəşaçma yarışında təsnifat mərhələsində iki idmançımız iştirak edib. Nigar Nəsirova 570 xalla 5-ci, Xanna Əliyeva 562 xalla 11-ci yeri tutub. İlk “səkkizlik”də yer alan Nigar final mərhələsinə yüksəlib.
Qeyd edək ki, bu gün keçiriləcək həlledici raund Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
- Triatlon üzrə məşqçilər üçün I dərəcəli kurs başa çatıb
- Avstriya Qran-prisinin qalibi bəlli olub
- AMADA Norveçdə keçirilən antidopinq konfransında moderatorluq edib
- Stend Atıcılığı üzrə Federasiya Kuboku start götürüb
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
0
0