Türkiyəyə atıcılıqda gümüş medal qazandıran 51 yaşlı Yusuf Dikeç sosial mediada rekord qırıb.
Apasport.az xəbər verir ki, Türkiyədə "İnstagram" sosial şəbəkəsinin qadağan edilməsindən sonra özünə "X" hesabı açan idmançının ilk tvitini 26 milyon istifadəçi oxuyub.
Dikeç paylaşım vasitəsilə platformanın sahibi İlon Maskla da danışıb. Həmin söhbəti isə 36 milyon insan görüntüləyib. Yusuf Dikeç Maska maraqlı sual ünvanlayıb:
"Sizcə, gələcəyin robotları əlləri ciblərində Olimpiya medalı qazana biləcəkmi? Bunu sizinlə Türkiyədə müzakirə etmək istəyərəm".
İlon Mask da öz növbəsində İstanbul ziyarətini səbrsizliklə gözlədiyini bildirib.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi