Bu gün AFFA-nın Futbol akademiyasında Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması ilə görüşüb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Vitse-prezident Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamızın üzvlərinə hazırlıq prosesini yaxın izlədiyini, komandanın durumu ilə mütəmadi maraqlandığını bildirib, federasiya rəhbərliyi adından uğurlar arzulayıb.
Baş məşqçi İlqar Aslanov komandanın səfəröncəsi durumu barədə məlumat verib və təlim-məşq toplanışı zamanı yaradılan şəraitlə bağlı minnətdarlığını bildirib.
Qeyd edək ki, U-19 yanvarın 24-dən 27-dək San Marinoda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək. B qrupunda yer alan yığmamız yanvarın 25-də Kosovodan, ertəsi gün isə San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Yekunda qrup qalibi olacaq komanda əsas mərhələyə vəsiqə qazanacaq.
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib - Azərbaycanda ilk dəfə